24 May 2019 www.xeber24.az

Dağıstanda qanunsuz quldur dəstə üzvlərinə qarşı xüsusi əməliyyat keçirilib.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Toqquşmalarda üç yaraqlı zərərsizləşdirilib. Onların üzərində avtomat silahlar və sursat olub.

Xüsusi təyinatlılar yaraqlıların olduğu evi mühasirəyə alıb. Onların silahları yerə qoyub təslim olmaları tələb olunsa da, bunun əvəzində əməliyyatçılara atəş açıblar. Döyüşçülər hücuma keçərək, cinayətkarları zərərsizləşdirib.

İlkin məlumata görə, quldurlar Dağıstanda iri terror aktları törətməyi planlaşdırıb.

İlkanə Əliyeva

 

 

Loading...