26 iyul 2019 www.xeber24.az

İsrail alimləri dəri xərçənginə, əsasən, piy hüceyrələrinin səbəb olduğunu açıqlayıblar.

Dəri qatında olan bədxassəli şiş məhz piy hüceyrələri sayəsində yayılır.

Dəri xərçəngi ilk mərhələdə asanlıqla müalicə olunur. Amma əgər xərçəng hüceyrələri dərinin içinə daxil olubsa və qan damarları vasitəsilə orqanlara yayılıblsa, vəziyyət mürəkkəbləşir.

Alimlər hazırda melanomun transformasiyasının qarşısını almaq üçün üsullar axtarırlar. Yeni tədqiqat göstərib ki, piy hüceyrələri bu transformasiyada iştirak edir.

Təcrübə zamanı dəri xərçəngi olan onlarla xəstədən nümunələr götürülüb.

Fariz Eyvazlı