2 Noyabr 2019 www.xeber24.az

Qardaş ölkə Türkiyədə Cümhuriyyətin qurulmasının 96 illik münasibətilə İstanbul Şəhərində yerləşən Halil Türkkan məktəbinin ev sahibliyi ilə bayram tədbirləri keçirilib.

Xeber24.az xəbər verir ki,Azərbaycandan Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin rəhbər və müəllimlərinin, istedadlı uşaqların da qatıldığı möhtəşəm bayram proqramında Ukrayna, Kosova, Makedoniya, Karadağdan nazirlər, məktəb direktorları, müəllimlər və şagirdlər də iştirak ediblər.

Oktyabrın 29-da Halil Türkkan məktəbində keçirilən bayram tədbirində səhnədə yer alan Dəcəl Balam Ailə və Uşaq Mərkəzinin istedadlı yetirmələri Miryaqub Seyidov, Mirabbas Babayev, Musa Allahverdiyev, Gövhər Gülmalıyeva , Aylin Əzizli ilk olaraq Türk dünyasının böyük Şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini söyləyiblər. Sonra isə musiqiqi Sevinc Tofiqqızına məxsus “ İgidlər yurdusan sən, ey Azərbaycan” mahnısını səsləndiriliblər.

Qeyd edək ki, proqramda Türkiyədən dövlət məmurları, o cümlədən İstanbuldakı Azərbaycan Konsulluğunun nümayəndələri də iştirak edib. Beş gün davam edən bayram tədbirlərində İstanbul gəzintiləri də təşkil olunub.

Fotoları təqdim edirik: