10 İyun 2019 www.xeber24.az

Müğənni Çingiz Mustafayev Rusiyanın birinci kanalında yayımlanan “Çto? Qde? Koqda?” layihəsinin qonağı olub.

Bu ilki “Eurovision” təmsilçimiz verilişdə “Truth” mahnısını ifa edib.

Onun mahnısı şou iştirakçılarının ürəyincə olub.

Xatırladaq ki, Çingiz intelektual yarışmada səhnəyə çıxan üçüncü azərbaycanlıdır, ondan öncə ilk dəfə bu teleşouya Nigar Camal və Eldar Qasımov birlikdə qatılmışdı.

Onu da bildirək ki, Mustafayev bir neçə gün Moskvada qonaqdır. Sənətçinin Rusiyada daha bir neçə verilişdə qonaq olacağı gözlənilir.

Farız Eyvazlı