6 sentyabr 2019 www.xeber24.az

Amerikalı aktyor və müğənni Castin Timberleyk ekranlara qayıdacaq.

The Hollywood Reporter xəbər verir ki, o, “Palmer” dramında baş rolda çəkiləcək.

Filmin çəkilişləri payızda başlanacaq.

Süjetə əsasən, Timberleykın qəhrəmanı məktəbdə ulduz futbolçu olur, sonra isə həbsxanaya düşür. Doğma şəhərə qayıdandan sonra o, keçmişi ilə bağlı bir sıra çətinliklərlə üzləşir.