21 Oktyabr 2019 www.xeber24.az

Mərkəzi.az saytının baş redaktoru, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Arzu Bayramova bildirib ki; “Son zamanların ən böyük kompaniyası cənab ali baş komandan İlham Əliyevin Qarabağ Azərbaycandır və nida işarəsi gənclərimizin devizinə çevrilib.

Azərbaycan xalqı daima intelektual və yüksək mədəniyyəti ilə digər xalqlardan seçilib bu indidə belədir. Xüsusən vurğulardım ki,xalq və prezident birliyi bu gün Azərbaycanı daha çox tanıdır. Bu gün Azərbaycan regionda böyük gücə sahib ölkədir, bu gün Azərbaycan xüsusən paytaxt Bakı bir çox tədbirlərə ev sahibliyi edir. Cənab prezidentin daima nəzərində olan biz gənclərdə, çalışmalıyıq ki,öz liderimizə dəstək olaq.

Müstəqilliyin nə demək olduğunu çox yaşxı anlayıram çünki, bu müstəqillik üçün mənim atam şəhid olub və məndə anlayıram ki,bu müstəqilliyim üçün bacardığımı etməliyəm.

Azərbaycan indi elə bir mövqedədir ki,bizə qarışmaq istəyən ölkələr çoxdur lakin cənab prezidentin ölkəmizin inkişafı yolunda atdığı addımlar bizi bu gün regionda söz sahibi ölkəyə çevirib.

Bu əsrlər boyu belədir Azərbaycan adını daşıyıb, Azərbaycanı sevməyənlər olub indidə var. Lakin biz gənclər onlara istədiklərinə çatmağa imkan verməməliyik.Öz içimizdə olan xain ermənipərəst qüvvələr anlamalıdırlar ki,onların aldıqları qrant uşaq cinayətkarlarının əlindən gəlir.Yeni Azərbaycan bizə ulu öndərimizlə,şəhidlərimizin əmanətidir.

Təəssüf ki,ötən gün baş verən hadisələr məni çox məyus etdi.Hansısa qüvvələrsə bu mənzərini görüb həzz aldı. Bildirmək istərəm ki,bu hadisələr məni nədənsə 90ları düşünməyə vadar edir. Kreslo üçün xalqı bir-birinə salmaq istəyənlər yenidən hakimiyyət eşqinə düşüblər onlar anlamalıdırlar ki,bu xalq seçimini çoxdan edib.Bizim atalarımız,böyüklərimiz günlərlə bu müstəqillik üçün meydanlarda yatıblar ki, biz indi bu müstəqil ölkədə azad yaşayaq.

Bəli məndə sosial şəbəkələrdə polislərə qarşı çox kəsgin, çox etik ifadələrə rast gəldim. Bu gün polis mənim təhlükəsizliyimi qoruyan ən başlıca amildir.Biz bu gün küçədə sərbəst gəziriksə bu polislərimizin bizim asayişimizi qoruması sayəsindədir. Mən gənclərimizi Azərbaycan üçün bir olmağa çağırıram bizim bir düşmənimiz var erməni və biz onlarla mübarizə aparmalıyıq!”