24 Aprel 2019 www.xeber24.az

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar bu gündən – aprelin 24-dən etibarən dənizkənarı bulvar ərazisinə giriş bağlanıb.

Xeber24.az Oxu.az-a istinadən xəbər verir ki, bulvara aprelin 25-dən etibarən Formula 1-ə bileti olan şəxslər buraxılacaqlar.

Belə ki, sabahdan etibarən yarışla bağlı bulvarda əyləncə proqramları başlayacaq.

Bulvar ərazisinə giriş aprelin 29-dan açılacaq.

Fariz Eyvazlı