Ali Məhkəmədə yaradılan Komissiya sabiq hərbi tribunalların hakimləri, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvləri, onların aparatlarında xidmət etmiş, oradan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara müraciət ünvanlayıb.

Xeber24.az-ın oxu.az-a istinadla xəbərinə görə, müraciət istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənişinin həyata keçirilməsi ilə bağlıdır.

Həmin şəxslər Komissiyaya ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun ərizəsi, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətini (şəxsiyyət vəsiqəsi dəyişdirildikdə və ya itirildiyi halda yenisi ilə əvəz edildikdə həmin sənədin surəti) təqdim etməlidirlər.