15 May 2019 www.xeber24.az

Fransalı impressionist rəssam Klod Monenin “Taya” adlı əsəri Nyu-Yorkun “Sotbi” hərrac evində rekord qiymətə – 110,7 milyon dollara satılıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Bu rəsm sənətkarın həmin silsilədən olan “Quru ot tayası” adlı rəsminin rekordunu yeniləyib. Sonuncu 2016-cı ilin noyabr ayında “Kristiz” hərrac evində 81,4 milyon dollara “çəkic altı”na gəlmişdi.

Mone Jiverni (Fransa) şəhərindəki evinə köçdüdən sonra bu silsilədən olan 30-a yaxın rəsm çəkib.

Fariz Eyvazlı