1 avqust 2019 www.xeber24.az

Bu gün saat 12:00-dan 15:00-a qədər Hacıqabul rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.

Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bu, ölçü hesablayıcı avadanlıqların və digər qurğuların təftişi, eləcə də sazlama işləri ilə əlaqədardır.

Saat 14:00-dan işlər başa çatana qədər isə Beyləqanın ümumi abunəçi sayı 1353 nəfər olan 4 kəndində də qaz təchizatı dayandırılacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz kəmərlərində müəyyən sazlama işləri aparılacaq.

Fariz Eyvazlı