Oktyabrın 28-də səhər saat 10:00-dan təmir  işləri başa çatanadək Samux rayonunun iki yaşayış məntəqəsində qaz təchizatında fasilələr olacaq.
Xeber24.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bu zaman Samux rayonu ərazisində yerləşən “Alabaşlı” ölçü qovşağının çıxışında quraşdırılmış kollektorda aşkar olunmuş qaz sızmalarının ləğvi işləri aparılacaq.