17 May 2019 www.xeber24.az

1912-ci ildə polşalı kitab taciri tərəfindən aşkarlanan Voyniç əlyazmasının 15-ci əsrə aid olduğu məlum oldu.

Voyniç əlyazmaları deşifrə edildi. Beləliklə, Xeber24.az dünyanın ən müəmmalı əlyazmasının sirlərini sizə təqdim edir.

 

Voyniç əlyazmasını incələyən Dr. Cerrard Çeşir yazının gerçək və 15-ci əsrə aid olduğunu aşkarlayıb.

İngiltərənin Briston Universitetində dilçi alim olaraq çalışan Dr. Cerrard Çeşir 2 həftəlik bir çalışma ilə əlyazmadakı ən gizli mətnləri deşifrə etməyi bacarıb.

Ölü dil olaraq bilinən Proto Latın dilini deşifrə üçün istifadə edən Çeşir yazıdakı simvolları bu dildə olan kəlimələr və hərflərlə bərabər incələyib.

Bu üsul sayəsində 2 həftəlik tədqiqatdan sonra Dr. Çeşir Voyniç əlyazmasının məzmununu ortaya çıxarmağa nail oldu.

Çeşirin tədqiqatı Voyniç əlyazmasında cinsəllik, qadınların düşüncə quruluşu və valideyn olma kimi mövzulardan bəhs olunduğunu ortaya çıxardı.

Voyniç əlyazması 15-ci əsrin katolik və paqan inancları istiqamətində qələmə alınan bir kitabdır.

1401-1458-ci illər arasında yaşayan Kraliça Mariyanın da yer aldığı Voyniç əlyazmasında fiziki təmizlənmə, ruhi aydınlanma kimi mövzulara da toxunulduğu aşkarlanıb.

Fariz Eyvazlı