14 İyun 2019 www.xeber24.az

Hindistanın Aliqarh şəhərində dəhşətli hadisə baş verib.

Bir nəfər borcunu ödəmədiyi üçün borc sahibləri onun 2 yaşlı qızını qaçırıblar. Sonra isə körpəni öldürüb gözlərini oyublar.

Uşaq itkin düşdükdən 2 gün sonra evlərinin yanındakı bir zibillikdə küçə itləri tərəfindən parçalanmış meyiti tapılıb. Qızın meyiti tapıldıqdan sonra polis iki nəfəri dindirib. Saxlanılanlar borca görə bu üsula əl atdıqlarını bildiriblər. Cinayəti törədənlər və onlara kömək edənlər həbs edilib.

Qızın öldürülmədən əvvəl zorlanması barədə söz-söhbətlər şəhərdə gərginliyə səbəb olub. Polis isə zorlama izinə rastlamadığını açıqlayıb.

Fariz Eyvazlı