26 İyun 2019 www.xeber24.az

“BMW” şirkətinin “Vision M Next” konsepti hibrid kupe üçün yeni texnologiyanı nümayiş etdirir.

Xeber24 xəbər verir ki, yeni modeldə sürücü özünü daha emosional hiss edəcək. Bu barədə şirkətin vitse-prezidenti Adrian van Hoydonk məlumat verib.
Dizayn üçün şirkətin 1978-1981-ci illərdə istehsal etdiyi model əsas götürülüb. Konseptin fənərləri yeni lazer texnologiyası əsasında hazırlanıb. Bu texnologiyada fosfordan istifadə edilir.

Yeni modelin maksimal sürəti 300 km/saatdır. Yerindən 100 km/saat sürəti yığmaq üçün 3 saniyə vaxt tələb olunur. Elektrik rejimdə hibrid avtomobil maksimum 100 km məsafə qət edə bilər.

Şirkət tərəfindən 2023-cü ilə qədər 25 ədəd avtomobil istehsal ediləcəyi bildirilir.

Nurlan Cəfərzadə