Biz fərqli deyilik adlı xeyriyyə tədbiri keçirilib

0
1560

Bakı şəhər Uşaq Psixonevroloji Mərkəzində “Dəstək olaq” Uşaq və Gənclərin Xeyriyyə təşkilatının təşəbbüsü ilə Biz fərqli deyilik adlı xeyriyyə tədbiri keçirilib. Tədbirdən öncə qonaqlara Uşaq Psixonevroloji Mərkəzinin uşaqlarının əl işindən ibarət sərgi təqdim olunub. Sonra qonaqlara 1İyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunan tədbirin mahiyyətindən danışılıb. Layihənin rəhbəri Aşura Hüseynova bildirilib ki, məqsəd Autizm,Daun sindromu,Serebral iflic və digər fiziki və əqli məhdudiyyətli uşaqları ziyarət edərək,onları əyləncəli proqramlarla sevindirmək, ziyarətə gələn öz yaşıdları ilə birgə onların asudə vaxt keçirməklərini təmin etməkdir. Tədbirdə çıxış edənlər gələcəyimiz olan uşaqların ölkəmizin gələcəyində böyük yer tutacaqını vurğulayıblar. Xüsusi qayğıya ehtiyacı olan uşaqları ziyarət etmək hər birimizin vətəndaşlıq və insanlıq borcu olduğu önə çəkilib. Xatırladaq ki, tədbirdə tamaşaçılar tərəfindən sevilən televiziya aparıcısı və xeyriyyəçi Hacı Nuran,Sosioloq Zəminə Səfərova,Əsa teatrının bədii rəhbəri Nihat Qulamzadə,ADA Universitetinin tələbələri ,Bakı Şəhər 245 saylı məktəbin şagird və müəllim kollektivi iştirak ediblər. Proqram 245 saylı məktəbin şagirdlərinin və Uşaq Psixonevroloji Mərkəzinin uşaqlarının çıxışlarından ibarət musiqi və rəqs nömrələri ilə davam edib.

 

Nicat