Gənclər üçün Təhsil Mərkəzinin Bakı şəhərində təşkil etdiyi “Gənc sahibkarlar klubu” adlı beynəlxalq layihəsinin iştirakçıları Gənclər Fondunda səfərdə olublar.

Xeber24.az bildirir ki, 6 ölkəni təmsil edən 30 gəncə Fondun fəaliyyəti haqqında geniş məlumat verilmiş, təqdimat nümayiş etdirilmişdir.

Fondun icraçı direktoru Fərid Cəfərov qonaqları salamlayaraq, Fondun gənclər üçün yaratdığı imkanlar barədə danışmış, dövlətin gənclərə hərtərəfli dəstək verdiyini, hər zaman onların yanında olduğunu vurğulamışdır.

Daha sonra Fondun əməkdaşları qonaqları maraqlandıran sualları cavablandırmışlar.

Mərkəzin Baş katibi Gülnar Xəlilova səmimi qəbula görə Fondun rəhbərliyinə təşəkkürünü bildirmişdir.