5 avqust 2019 www.xeber24.az

Türkiyəli aktrisa Beren Saat Qurban bayramı münasibəti ilə leykemiya xəstəsi olan uşaqlar üçün yardım kampaniyasına dair paylaşım edib.

Xəbər24.az xəbər verir ki, məşhur aktrisanın bu paylaşımı izləyiciləri arasında söz-söhbətə səbəb olub. Belə ki, aktrisanın son paylaşımı onların boğazından keçməyib.

“Hər qurban, leykemiyalı uşaqlara can!” kampaniyasına dəstək verən Berenin izləyicisi ona “”Belə bir paylaşım etdiyinizə inanmıram, bir can getsin, digəri qurtulsunmu?” sözlərini yazaraq məşhuru tənqid atəşinə tutublar.

Beren isə izləyicisini sərt şəkildə xəbərdarlıq edib.

“Qurban kəsimi bədəlini leykemiyalı uşaqların müalicəsinə yönəltmək prosesində canmı gedir? Xahiş edirəm, əvvəlcə oxuyub başa düşək, sevgilər”, – deyə türkiyəli aktrisa bildirib.

Nurəddin Abdullayev

Loading...