16 Aprel 2019 www.xeber24.az

Belarus Prezidenti Ankaraya rəsmi səfər edib.

Xeber24.az Trend.az-a istinadən xəbər verir ki, A.Lukaşenko səfəri zamanı türkiyəli həmkarı Rəvəb Tayyib Ərdoğanla görüşəcək.

Qeyd olunur ki, tərəflər arasında həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçiriləcək.

Görüşlər zamanı siyasi məsələlər, ticari-iqtisadi əməkdaşlığın inkişafı kimi məsələlər müzakirə olunacaq.

Eyni zamanda Ankaraya İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də səfər edəcək.

İranlı nazir səfər zamanı regionla məsələləri, eləcə də ikitərəfli əməkdaşlığı müzakirə edəcək.

Fariz Eyvazlı