“Barselona”nın yeni baş məşqçisi Marselo Qallardo olacaq.
Xeber24.az Fanat.Az-a istinadla xəbər verir ki, bu iddia ilə argentinalı baş məşqçi, son dövrlər televiziya şərhçisi kimi fəaliyyət göstərən Klaudio Borqi çıxış edib.
Onun sözlərinə görə, Ernesto Valverde istefaya göndəriləcəyi halda onun yerini hazırda “River Pleyt”i çalışdıran Marselo Qallardo tutacaq.
İspaniya mediasının iddiasına görə, “Barselona” rəhbərliyi komandanın nəticələrindən razı deyil və tezliklə Valverde istefaya göndəriləcək.
Qeyd edək ki, futbolçu karyerası ərzində “River Pleyt” (Argentina), “Nasional” (Uruqvay), “D.C Yunayted” (ABŞ), “Monako” və PSJ (hər ikisi Fransa) klublarında çıxış edən Marselo Qallardo məşqçiliyə 2011-ci ildə başlayıb. 2011-2012-ci illərdə “Nasional”ı çalışdırıb və 2014-cü ildən “River Pleyt”ə başçılıq edir. O, məşqçi kimi Argentina klubu ilə 10 kubok qazanıb.