28 avqust 2019 www.xeber24.az

Neftçalada balıqçı suda boğulub.

Hadisə bu gün səhər saatlarında rayonun Kürkəndi  kəndi ərazisində qeydə alınıb. Neftçala sakini, 1996-cı il təvəllüdlü Hüseynov Murad Mübariz oğlu süni göldən axıdılan su kanalında balıq tutan zaman suda batıb.

Yaxınlıqda kimsə olmadığından o, kanalda boğularaq ölüb. Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Fariz Eyvazlı