7 İyun 2019 www.xeber24.az

Bakının Nəsimi rayonunun bir hissəsində iki gün su olmayacaq.

Bu barədə  “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 7-8 iyun tarixlərində rayonun bir hissəsinə içməli suyun verilişində fasilələr yaranacaq.

Nurlan Cəfərzadə