11 İyun 2019 www.xeber24.az

Şərti adı “B3” olan metro stansiyasının tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda həmin ərazidə təmir-tikinti işləri davam etdirilir.

“B3” metro stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir.

Fariz Eyvazlı