22 Oktyabr 2019 www.xeber24.az

Bakıda yaddaş pozuntusu olan kişi itkin düşüb.

Xeber24.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Oktyabrın 18-də saat 14:20-də 1961-ci il təvəllüdlü Muradov Bəxtiyar Əli oğlu evdən çıxıb və geri qayıtmayıb.

Bununla bağlı polisə onun qızı müraciət edib. O bildirib ki, atası yaddaş pozğunluğundan əziyyət çəkir.

Faktla bağlı araşdırma aparılır.