26 Sentyabr 2019 www.xeber24.az

Biləcəridəki Mərkəzi Dəmiryolu Xəstəxanası orada baş vermiş uşaq ölümü ilə bağlı məsələyə münasibət bildirib.

Xəbər24.az Oxu.az-a istinadən xəbər verir ki, yeni doğulan körpədə həyat əlamətləri olmayıb:

“Abşeron rayonu, Qobu qəsəbə sakini, 20 yaşlı Səadət Qurbanova 39 həftəlik hamiləlik, baş gəlişi, birinci doğuşun üçüncü dövrü, iri döl diaqnozu ilə Mamalıq-ginekologiya bölməsinin  doğum blokuna daxil olub.

Səadət Qurbanovaya və onun qohumlarına qeysəriyyə əməliyyatı təklif olunsa da, onlar bu təkliflə razılaşmayıb. Sentyabrın 23-də, saat 10:30-da təbii yolla çəkisi 4300 qr olan qız uşağı dünyaya gəlib. Yeni doğulan körpədə həyat əlamətləri olmayıb”.

“Bütün zəruri reanimasion tədbirlərə baxmayaraq, onda həyat əlamətləri əmələ gəlməyib, ölüm qeydə alınıb”, – deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən gün Dəmiryol Uşaq Poliklinikasında körpə ölümü ilə bağlı məlumat yayılıb.

İlkanə Əliyeva