Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən taksi minik avtomobilləri üçün duracaqların təşkili işləri sürətləndirilib.

Xeber24.az BNA-ya istinadla xəbər verir ki, bu həftə ərzində 12 küçə və prospektdə duracaqlar təşkil edilib.

Qeyd edək ki, bu işlər Bakı Nəqliyyat Agentliyi tərəfindən davamlı olaraq həyata keçiriləcək.