Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsində baş verən dəhşətli yol qəzası kameralara düşüb.

Xeber24.az avtosfer.az-a istinadla  xəbər verir ki, hadisə oktyabrın 8-də baş verib.

30 yaşlı Elvin İsmayılov idarə etdiyi motosikletlə Bayıl qəsəbəsi istiqamətində Qurban Abbasov küçəsinə daxil olmaq istəyib.

Bu zaman sərt döngədə motosikletçi idarəetməni itirib. Nəticədə, yolun kənarındakı maneyə dəyən motosiklet aşıb. Sürücü isə işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü yerindəcə həyatını itirib.

Loading...