10 May 2019 www.xeber24.az

Mayın 29-da həlledici matçı Bakıda keçiriləcək UEFA Avropa Liqasının ilk finalçısının adına aydınlıq gəlib.

Bu, İngiltərənin “Arsenal” klubu olub.

Londonda İspaniyanın “Valensiya” komandasına 3:1 hesabı qalib gələn “Arsenal” bu dəfə İspaniyada 4:2 hesablı qələbəyə sevinib. Bu görüşdə “Arsenal”ın qabonlu hücumçusu Pyer-Emerik Obameyanq het-trik edib. Maraqlıdır ki, Londondakı ilk matçda olduğu kimi, bu dəfə də hesabı Valensiya təmsilçisi açıb.

Bununla da “Arsenal” finala çıxıb. Xatırladaq ki, “Arsenal” cari mövsüm artıq ikinci dəfə Bakıya gələcək. Henrix Mxitaryanın oynadığı “topçular” payızda Avroliqanın qrup mərhələsində məhz “Qarabağ”ın mübarizə apardığı qrupda yer almışdı.

 

Bakıda keçiriləcək UEFA Avropa Liqasının ikinci finalçısının da adına aydınlıq gəlib.

Bu isə, İngiltərənin digər təmsilçisi “Çelsi” klubu olub.

Lakin “Çelsi” buna çətinliklə nail olub. Frankfurt şəhərində olduğu kimi, Londonda da Almaniyanın “Ayntraxt” klubu ilə matç 1:1 hesabı ilə başa çatıb. Görüşün əlavə 30 dəqiqəsində də hesab dəyişməyincə, penaltilər seriyasına müraciət edilib. Burda daha təcrübəli “Çelsi” qalib gəlib – 4:3.

Beləliklə, Bakı Olimpiya Stadionunda keçiriləcək finalda London derbisi olacaq. “Arsenal” və “Çelsi” məhz ikinci dəfə Bakıya gələcək. Bu dəfə onlar “Qarabağ”la qrup qarşılaşması üçün yox, bu turniri qazanmaq üçün paytaxtımıza təşrif buyuracaq.

Fariz Eyvazlı