10 sentyabr 2019 www.xeber24.az

Bakıda 32 yaşlı kişi bıçaqlanıb.

Hadisə gecə saatlarında paytaxtın Xətai rayonu, M.Rüstəmov küçəsi 20 ünvanında qeydə alınıb.

1987-ci il təvəllüdlü Bayramov Rafis Rais oğlu naməlum şəxs tərəfindən kürəyindən bıçaq zərbəsi alıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, Bakı sakini, 2001-ci il təvəllüdlü Hüseynov Vüsal Rasim oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.