3 avqust 2019 www.xeber24.az

Bakının Türkan qəsəbəsi ərazisində suda boğulma hadisəsi baş verib.

5 yaşlı oğlan və 30 yaşlı qadın dənizdə çimərkən boğulublar.

Hadisə zamanı qadın dünyasını dəyişib, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, ağır vəziyyətdə olan uşaq 26 saylı BŞX-ya çatdırılıb.

Bildirilib ki, lazımi yardımdan sonra uşağın 3 saylı xəstəxanaya keçirilməsi planlaşdırılır.

Fariz Eyvazlı