25 İyun 2019 www.xeber24.az

Bakıda minik avtomobilinin üzərinə daş qırıntıları yağıb.

Xeber24 trend-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonu Sarayevo küçəsində baş verib. “NİVA” markalı minik avtomobilini park edən sürücü bədbəxt hadisə ilə üzləşib. Belə ki, avtomobilin yanında olan binadan onun üzərinə aqlay qırıntıları tökülüb.

Xoşbəxtlikdən həmin an ərazidə adam olmayıb, ancaq “NİVA”ya ciddi ziyan dəyib. Avtomobilin damı və digər hissələri əzilib.

Nurlan Cəfərzadə