23 Noyabr 2019 www.xeber24.az

Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Qəza metronun Həzi Aslanov stansiyasının yaxınlığında qeydə alınıb.

Taksi fəaliyyəti ilə məşğul olan minik avtomobilinin sürücüsü yolu keçmək istəyən 1987-ci il təvəllüdlü Quliyeva Məryəm Rəhim qızını vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Loading...