28 Sentyabr 2019 www.xeber24.az

Bakının Nərimanov rayonu ərazisində ağac kökündən qopub.

Hadisə Əhməd Rəcəbli 54 ünvanında baş verib.

Ağacın hansı səbəbdən kökündən çıxdığı məlum deyil.

Əməkdaşımız faktla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovla əlaqə saxlayıb.

O bildirib ki, hadisə ilə bağlı həmin əraziyə əməkdaşlar göndəriləcək.

Qeyd edək ki, ağac qurumayıb. 

İlkanə Əliyeva

Loading...