7 sentyabr 2019 www.xeber24.az

Nizami rayonunda döyülmə faktı qeydə alınıb.

Hadisə Heydər Əliyev prospektinin Nizami rayonu ərazisinə düşən hissəsində baş verib.

Bir neçə nəfər tanıdığı şəxslər 1967-ci il təvəllüdlü Talıbov Aydın Cavanşir oğlunun işlətdiyi ofisə yaxınlaşaraq onunla mübahisə edib. Çox keçmədən mübahisə əlbəyaxa davaya çevrilib.

Nəticədə A.Talıbov baş və bədənin müxtəlif nahiyələrindən xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.