26 Sentyabr 2019 www.xeber24.az

Bakıda 28 yaşlı qadın itkin düşüb.

Xəbər24.az Oxu.Az-a istinadən xəbər verir ki, paytaxtın Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsində yaşayan 1991-ci il təvəllüdlü Əlimərdanova Nərgiz Əli qızı sentyabrın 23-ü axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Əlimərdanov Seymur ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırma aparıllır.

İlkanə Əliyeva