22 Oktyabr 2019 www.xeber24.az

Səbail rayonunda elektrik cərəyanı vurması nəticəsində bir nəfər xəsarət alıb.

Hadisə 302 saylı məktəbin yaxınlığında yerləşən yarımtikilidə baş verib. Belə ki, tikilidə fəhlə işləyən 1996-cı il təvəllüdlü Abbasov Razi Elşən oğlunu elektrik cərəyanı vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.