29 avqust 2019 www.xeber24.az

Binəqədi rayonunda döyülmə faktı qeydə alınıb.

Binəqədi rayonunun Şövkət Məmmədova küçəsində 4-5 nəfər sərxoş şəxs 1997-ci il təvəllüdlü Əsədli Elnur Ömər oğlu ilə mübahisə edib.

Tərəflər arasında yaranan anlaşılmazlıq dava ilə nəticələnib. Nəticədə o, baş və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona burun sümüyünün sınığı, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Binəqədi Rayon 5-ci Polis Bölməsində araşdırma aparılır.

Fariz Eyvazlı