10 sentyabr 2019 www.xeber24.az

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

2001-ci il təvəllüdlü Mustafayev Anar Şəmsəddin oğlu tanıdığı şəxslə mübahisə edərkən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Baldır nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan yaralı reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.