19 Noyabr 2019 www.xeber24.az

Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZXEBER.COM-a verilən məlumata görə, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılıb.
“Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur”, – QSC-dən bildirilib.