13 Noyabr 2019 www.xeber24.az

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu gün  metroda müşahidə olunan sərnişin sıxlığı ilə bağlı açıqlama verib.

Bu gün baş verənlərin hamısı sərnişin çoxluğu ilə əlaqədardır: “Səhər saatlarında ənənəvi olaraq sərnişini çox olan stansiyalarda qatarlar yubanıb. Qatarlarda sərnişinlərin düşürülməsi üçün ayrılmış qrafikdən daha artıq gözləmə müşahidə olunub. Bu müddət hətta 1 dəqiqəni də aşıb.

Bəzi hallarda qatarlar stansiyasını gec tərk edirlər. Bu da digər qatarların tuneldə ləngiməsinə səbəb olur. Hətta sərnişin sıxlığı az olan “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu” kimi stansiyalarda minib-düşmədən sonra qatarın gözləməsi halları qeydə alınıb. Ən çox dəqiqə fərqi isə “28 May” metrosundan “Dərnəgül” istiqamətində olan qatarlarda müşahidə olunub”.