22 Noyabr 2019 www.xeber24.az

Bakı-Astara yolunda yanacaq daşıyan maşın aşıb.

APA-nın məlumatına görə, yanacaq daşıyan maşın aşdıqdan sonra alışıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.