13 avqust 2019 www.xeber24.az

Bərdə rayonunda yanğın hadisəsi qeydə alınıb.

Xeber24.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Həsənqaya kəndi ərazisində qeydə alınıb.

“T-80” markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 300 ədəd ot bağlaması yanaraq kül olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Fariz Eyvazlı