24 iyul 2019 www.xeber24.az

Bərdə rayonunda ilan sancma ilə bağlı iki hadisə qeydə alınıb.

Hər iki şəxs rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, rayonun Əyricə kəndində müvəqqəti məskunlaşan Kəlbəcər rayon məcburi köçkünü, 1968-ci il təvəllüdlü Əsgərova Südabə Qüdrət qızı toyuqlara dən verən zaman gürzə ilanı onu sağ ayağından vurub.

Digər hadisə isə rayonun Lənbərən kəndində baş verib. 1983-cu il təvəllüdlü Gülnar Vəli qızı Bayramova əkin sahəsində işləyərkən sol ayağından ilan sancıb.

Hər iki qadın yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada olan yaralıların vəziyyətini həkimlər orta-ağır qiymətləndirir.

Fariz Eyvazlı