4 iyul 2019 www.xeber24.az

Bərdə rayonunda iki bıçaqlanma hadisəsi baş verib.

Rayon sakini Kənan Məmmədov həmyerlisi Elgün Mehdiyevi bıçaqlayıb.

Bir bıçaq xəsarəti alan yaralı yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Digər bıçaqlanma hadisəsi isə Bərdə şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Rayon sakini Elnur Mikayılov tanışı, 1982-ci il təvəllüdlü Anar Qurbanova bir neçə bıçaq zərbəsi endirib. Yaralı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.

Hadisəni törədən şəxslər saxlanaraq istintaqa cəlb olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Fariz Eyvazlı