Azərbaycanda bələdiyyə seçkilərinin tarixi açıqlanıb.

Xeber24.az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında məlumat verilib.

MSK sədri Məzahir Pənahov bu il bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini məqsədəuyğun hesab edib. Onun təklifi səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, bələdiyyələrin səlahiyyətləri onların ilk iclas günü başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır.