4 Noyabr 2019 www.xeber24.az

Rusiyada işləməyə gedən Qusar sakini ölüb.

Xeber24.az bildirir ki,Oxu.Az-ın bölgə müxbiri məlumat verib ki, hadisə Dərbənd şəhərində qeydə alınıb.

Qusar şəhər sakini Ramin Xosrovov tikintidə işləyərkən ehtiyatsızlıqdan binanın yeddinci mərtəbəsindən yıxılıb.

Nəticədə, o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Mərhumun meyiti doğulduğu Qusar şəhərinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.