14 Oktyabr 2019 www.xeber24.az

Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı, milyarder Araz Ağalarov Moskvada uşaq stasionar hospis mərkəzi tikdirib.

Xeber24.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə iş adamının oğlu, Azərbaycanın xalq artisti Emin Ağalarov “Instagram” səhifəsində paylaşım edib.

“Ata, sağ ol! Moskvada uşaqlar üçün “Mayak evi” açıldı”, – deyə E.Ağalarov bildirib.

Onun sözlərinə görə, xəstəxana “Həyat bəxş et” və “Vera” xeyriyyə fondlarının təşəbbüsü ilə tikilib.