24 Oktyabr 2019 www.xeber24.az

“Forbes” jurnalı Rusiyanın ən zəngin 25 qadınının yeni reytinqini açıqlayıb.

Xeber24.az Oxu.Az-a istinadla xəbər verir ki, siyahıda “Lukoyl” şirkətinin əslən azərbaycanlı sahibi Vahid Ələkbərovun həyat yoldaşı Larisa Ələkbərova da var.

62 yaşlı L.Ələkbərova 180 milyon dollar sərvətlə 23-cü pillədə qərarlaşıb.

Siyahıda birinci yeri “Inteco Management” şirkətinin prezidenti Yelena Baturina (1,2 milyard dollar), ikinci yeri “Wildberries” internet-mağazasının rəhbəri Tatyana Bakalçuk (1 milyard dollar), üçüncü yeri isə biznesmen Yuri Kovalçukun həyat yoldaşı Tatyana Kovalçuk (600 milyon dollar) tutub.

Qeyd edək ki, “Forbes Real Time” jurnalının Rusiyanın ən zəngin iş adamlarının yeni reytinqində “Lukoyl” şirkətinin əslən azərbaycanlı sahibi Vahid Ələkbərov üçüncü yerdə qərarlaşıb.