04 May 2019 www.xeber24.az

Türkiyəni təmsil edən Azərbaycan əsilli atlet Ramil Quliyev Qətərin paytaxtı Dohada keçirilən “Brilyant Liqa”da (“Diamond League”) qalib gəlib.

Xeber24.az Oxu.az-a istinadən xəbər verir ki, dünya və Avropa çempionu Ramil Quliyev kişilər arasında 200 metrlik məsafəyə qaçışda birinci olub. O, yarışı 19.99 saniyəyə bitirib.

28 yaşlı idmançı bu qələbəsi ilə Tokio 2020 Yay Olimpiya Oyunlarında iştirak etmək şansı qazanıb.

Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəyə qaçış yarışlarında dünyanın ən güclü ağdərili idmançısı hesab olunur.

Fariz Eyvazlı