28 Sentyabr 2019 www.xeber24.az

Quba rayonu ərazisində 3.3 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:17-də Xınalıq stansiyasından 10 km şimal-şərqdə qeydə alınıb.

Ocağı 38 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

İlkanə Əliyeva