Göyçayda qadın itin hücumuna məruz qalıb.
Xeber24.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.
Kənd sakini, 1954-cü il təvəllüdlü Əsgərova Surə Cahangir qızı evində saxladığı itin hücumuna məruz qalıb. İt qadını yerə yıxaraq ağzından dişləyib.
Qadın təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.